MKİ-nin direktoru İsrailə gedir: “Mossad”la İranı müzakirə edəcək

   MKİ-nin direktoru İsrailə gedir:    “Mossad”la İranı müzakirə edəcək
  09 Avqust 2021    Oxunub:3162
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns ilk xarici səfərini İsrailə edəcək.

Azvision.az xəbər verir ki, bu barədə “Walla!” portalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, 10 avqustda baş tutacaq səfər zamanı Berns İsrailin Baş naziri Naftali Bennet, “Mossad” kəşfiyyat qurumunun rəhbəri Daxid Barnea və yəhudi dövlətinin müdafiə, kəşfiyyat ictimaiyyətinin rəsmiləri ilə görüşəcək.

Danışıqlarda İranın nüvə proqramı və Tehranın bölgədəki fəaliyyətləri müzakirə olunacaq.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İsrail   İran  



Xəbər lenti