Əfqanıstanda bir gündə 361 terrorçu öldürüldü
"24 saat ərzində Nanqarxar, Kunar, Loqar, Paktiya, Paktika, Maydan Vardak, Qəndəhar, Sari-Pul, Helmand, Qunduz və Baqlan əyalətlərində keçirilən əməliyyatlar nəticəsində 361 terrorçu məhv edilib. 145 yaraqlı isə yaralanıb"
Qeyd edək ki, silahlılar son aylarda Əfqanıstanın qəsəbə və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirməyi bacarıblar. Hökumət qüvvələri ilə Taliban silahlıları arasında gedən döyüşlər son günlərdə daha intensiv hal alıb. Vəziyyətin gərginləşməsi Amerika qoşunlarının geri çəkilməsi fonunda baş verir.
Tural Tağıyev
Azvision.az
Teqlər: Əfqanıstan Taliban







Vaxtında, Aydın, Lazımlı!


