Kamçatkanın milyonçu deputatı təsadüfən adam öldürüb

   Kamçatkanın milyonçu deputatı təsadüfən adam öldürüb
  10 Avqust 2021    Oxunub:1257
Kamçatkanın milyinçu deputatı İqor Redkin etiraf edib ki, bir nəfəri təsadüfən güllə ilə vuraraq öldürüb.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir, Kamçatka diyarının qanunverici məclisinin deputatı İqor Redkin kəndə girmiş ayını qovmaq istəyərkən təsadüfən insan güllələdiyini boynuna alıb. Siyasətçinin bəyanatını onun nümayəndəsi Olqa Struçenko yayıb.

“Axşam Ozernovski qəsəbəsində zibillikdə ayı eşələndiyini öyrəndim və düşündüm ki, yerli sakinlərə xətər toxundura bilər. Silahı götürüb onu qorxutmağı qərara aldım. Alaqaranlıqda ayıya atəş açdım. Sonradan bildim ki, o zaman atəş açarkən yerli sakinlərdən birini yaralamışam və o, xəstəxanada ölüb”, - bəyanatda deyilir.
O əlavə edib ki, regionun qanunverici məclisinə deputat seçkisində iştirakdan imtina edərək, namizədliyini geri götürür və “Vahid Rusiya” partiyasında üzvlüyünü dayandırır.

İqor Redkin Kamçatka diyarı qanunverici orqanının deputatıdır. Son dəfə dərc etdirdiyi deklarasiyaya əsasən, 2020-ci ildə onun gəliri 315 milyon rubl olub. Forbes jurnalının məlumatına görə, o və arvadı balıq ovu və emalı ilə məşğul olan “Vityaz-Avto” şirkətinin sahibləri, Peropavlovsk şəhərinin məkkəzindəki Kultuçnu gölünün yaxınlığında hotel inşa edən “Novıy Dom” MMC-nin təsisçisidir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya   Kamçatka   Deputat  



Xəbər lenti