Bolqarıstanı da meşə yanğınları cənginə alır
Ölkənin mərkəzindəki Karlovo bölgəsindəki Stara Planina dağ silsiləsinin ətəyində böyük yanğın bir helikopter, hərbi texnika və yanğınsöndürmə dəstələrinin birgə fəaliyyəti nəticəsində söndürülüb. Yanğın qərbdəki Küstend bölgəsindəki bir kəndə çatdıqdan sonra ən azı altı ev və bir məktəb tamamilə yanıb.
İsti hava axını Bolqarıstan ərazisinə keçən həftə daxil olub. Bununla bağlı bazar ertəsi hava proqnozu xidməti ölkənin əksər hissəsində təhlükənin daha da ciddiləşəcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Azvision.az
Teqlər: Bolqarıstan Meşə-yanğını







Vaxtında, Aydın, Lazımlı!


