“Taliban” Əfqanıstanın 65 faizini ələ keçirib

   “Taliban” Əfqanıstanın 65 faizini ələ keçirib
  10 Avqust 2021    Oxunub:1336
“Taliban” hərəkatı Əfqanıstan ərazisinin 65%-nə nəzarəti ələ keçirib, ABŞ və NATO qoşunlarının geri çəkilməsi ilə hökumət qüvvələri ciddi şəkildə zəifləyir.
Azvision.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqı strukturlarının nümayəndəsi adının gizli qalmaq şərti ilə jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, “Taliban”a müqavimət göstərmək vəzifəsini təxminən 75 min nəfərlik Əfqanıstan xüsusi qüvvələri həyata keçirir. Bütün Əfqanıstan ordusunun sayı isə 180 min nəfəri keçib.

O qeyd edib ki, Qərb hərbçilərinin ölkədən çıxarılması Əfqanıstan silahlı qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti