Türkiyə və Gürcüstan Prezidentləri telefonla danışıblar

   Türkiyə və Gürcüstan Prezidentləri telefonla danışıblar
  10 Avqust 2021    Oxunub:2049
Gürcüstan Prezidenti Salome Zurabişvili ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti S.Zurabişvili özünün "Twitter" hesabında paylaşım edib.

"Gürcüstan Türkiyə ilə yaxın dost və qonşu ölkələrdir. Mən bu gün gördüyümüz faciəvi meşə yanğınları ilə əlaqədar Türkiyə xalqına həmrəyliyimizi çatdırmaq üçün Prezident Ərdoğanla danışdım. Bu çətin vəziyyətin tezliklə sona çatacağına ümid edirəm", - Gürcüstan prezidenti qeyd edib.

Azvision.az



Teqlər: Ərdoğan   Zurabişvili  



Xəbər lenti