Şoyqudan KTMT-yə çağırış: "Hər an Talibanın hücumuna hazır olun"
Şoyqu qeyd edib ki, KTMT müttəfiqlərinin Taliban tərəfindən mümkün təxribatlara hazır olması Rusiya üçün də vacibdir:
"Bunun üçün əlbəttə ki, hər şeyi edirik".
Nazir Rusiyanın Tacikistan və Qırğızıstandakı hərbi bazalarını da yada salıb. "Özbəkistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan zabitlərinin əksəriyyəti ali təhsil müəssisələrimizdə təhsil alırlar. Biz isə Tacikistan və Qırğızıstan ordusunun modernləşdirilməsi ilə məşğuluq", - Şoyqu bildirib.
Tural Tağıyev
Azvision.az
Teqlər: Şoyqu Taliban Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


