Kaliforniya tarixinin ən böyük yanğını: "Diksi" 1000-dən çox binanı məhv edib

      Kaliforniya tarixinin ən böyük yanğını:    "Diksi" 1000-dən çox binanı məhv edib
  11 Avqust 2021    Oxunub:2221
Kaliforniya tarixində ən böyük meşə yanğını sayılan təbii fəlakət hələ də davam edir. Hazırda yanğınsöndürmə briqadaları yaşayış məntəqələrini yanğınlardan qorumağa çalışırlar.
Yerli medianın yaydığı məlumata görə, "Diksi" adı alan bu meşə yanğınları təxminən 550 evi və 1000 -dən çox binanı məhv edib. Ötən həftə kiçik şəhər olan Qrinvilin böyük bir hissəsi yaşıllıqlarla bərabər yanıb.

Alovlar Sierra-Nevadanın şimalında olan kəndlərdəki 14 min evi təhlükə altına alıb.

Tural Tağıyev
Azvision.az


Teqlər: Yanğın   ABŞ  



Xəbər lenti