75 gündür başsız qalan XİN: Erməni deputat diplomatiyanın iflasından gileyləndi
Azvision.az xəbər verir ki, o xüsusən də İrəvanın Çini özündən uzaqlaşdrmasını faciəvi hal sayıb.
Pekində mühüm bir tədbir keçirilsə də, ora heç bir yüksək rütbəli erməni rəsmisi getmədi. Çünki burada- İrəvanda vətəndaşlar bayram qeyd edirdilər, yüksək vəzifə tutan məmurlar isə manqal hazırlayırdılar... Diplomatik problemlərin təzahürlərindən biri də Xarici İşlər Nazirliyinin hazırkı vəziyyətidir. Ya Mnatsakanyana getmək əmri verilmişdi, ya da onun hazırki siyasətlə heç bir əlaqəsi yox idi deyə XİN-dən getdi. 75 gündür xarici işlər nazirimiz yoxdur . Bu, diplomatiyada müəyyən problemlərimizin olması demək deyilmi?".
Tural Tağıyev
Azvision.az
Teqlər: Deputat Diplomatiya Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


