Ermənistanda zoopark işçiləri etiraz aksiyası keçirirlər
"Əvvəllər aksiya keçirmiş zoopark işçiləri yenidən etiraz edirlər. Xatırladaq ki, yeni təyin olunmuş müdir əvəzi Arçik Mkrtçyan artıq zoopark işçilərinə təqdim edilib. Mətbuatda yayılan məlumatlara görə o zooparkın keçmiş direktoru Ruben Xaçatryanın yaxın adamıdır. Xaçatryam isə işçilər üçün arzuolunmaz şəxs olub. Yeni rəhbərliyə etiraz edən işçilərdən biri bizimlə söhbətində deyib ki, aksiyalar hər gün davam edəcək",-"Hraparak" yazıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan







Vaxtında, Aydın, Lazımlı!


