Rusiyada göyərtəsində 16 nəfər olan helikopter qəzaya uğrayıb

   Rusiyada göyərtəsində 16 nəfər olan helikopter qəzaya uğrayıb
  12 Avqust 2021    Oxunub:1250
Rusiyanın Kamçatka bölgəsində “Mi-8” helikopteri qəzaya uğrayıb.
Azvision.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, helikopterin göyərtəsində 13 turist və üç ekipaj üzvü olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətin məlumata görə, avqust 12-də Moskva vaxtı ilə saat 00:50-də Kronotski qoruğunun Kuril gölü ərazisinə sərt eniş edən helikopter “Vityaz-Aero” şirkətinə məxsus olub. Qəzadan zərərçəkənlərə kömək üçün Kamçatkada axtarış-xilasetmə işlərinə 45 canlı qüvvə və 8 texnika cəlb olunub.

Azvision.az



Teqlər: Rusiya   Qəza   Təyyarə  



Xəbər lenti