Yunanıstanda meşələri yandıran 118 nəfər tutuldu

 Yunanıstanda meşələri yandıran 118 nəfər tutuldu
  12 Avqust 2021    Oxunub:1847
Yunanıstanda meşə yanğınları ölkəyə ciddi zərər vurub. Azvision.az xəbər verir ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları yanğınları törətməkdə şübhəli bilinən şəxsləri saxlayıblar.
"Alpha News"un yaydığı məlumata görə, saxlanılan 118 nəfər qəsdən və ya təsadüfən yanğın törətməkdə şübhəli bilinir. Artıq onlardan 18 -i həbs edilib.

Məlumata görə Lesbos adasında bir nəfər qoyun yununu yandırdığı üçün burada meşə yanğınına səbəb olub. Sere şəhərindəki bir parkda isə mis əldə etmək üçün kabelləri yandıranlar alovların ətrafa yayılmasına səbəb olublar.

Yanğınlar zamanı yararsız hala düşmüş evləri qarət edən 6 nəfər də həbs edilib.

Xatırladaq ki, son günlər Yunanıstanda 586 yanğın hadisəsi baş verib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yunanıstan   Yanğın  



Xəbər lenti