Məlumata görə, Florida sahillərində aparılan sınaq zamanı gəminin yanında tutumu 18 ton trotil ekvivalentində olan bir sualtı yük partladılıb. Gəminin bu partlayış sınağına tab gətirdiyi bildirilir.
Qeyd edək ki, Amerika hərbçiləri tərəfindən həyata keçirilən partlayış zamanı ərazidə 4 bal gücündə zəlzələ qeydə alınıb.
Maraq üçün bildirək ki, 13 milyard dollardan çox dəyəri olan "Gerald R. Ford" 75 döyüş təyyarəsi daşıya bilir. Gəminin yerdəyişməsi 100 min ton, uzunluğu isə 332,8 metrdir.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


