“Taliban” Heratı da ələ keçirdi

   “Taliban” Heratı da ələ keçirdi
  12 Avqust 2021    Oxunub:2009
“Taliban” Əfqanıstanın üçüncü böyük şəhəri olan Heratı ələ keçirdiyini elan edib. Azvision.az xəbər verir ki, bu haqda terror təşkilatının sözçüsü Zabihulla Mücahid özünün “Twitter” hesabında məlumat yayıb.

Taliblər həmçinin Əfqanıstanın şimalında, Türkmənistanla sərhəd bölgədə yerləşən Bədgiz vilayətində də möhkəmləniblər.

Bir qədər əvvəl isə “Taliban” ölkənin ikinci böyük şəhəri olan Qəndəharı ələ keçirdiyini bəyan etmişdi. Məlumat hələ rəsmən təsdiqlənməsə də, mərkəzi hakimiyyət talib döyüçülərinin şəhərə girdiklərini etiraf edib.

Qəndəharın tutulması haqda xəbərdən sonra Amerika səfirliyi ABŞ vətəndaşlarını Əfqanıstanı tərk etməyə çağırıb.

Tariyel Həsənov
Azvision.az


Teqlər: Taliban   Əfqanıstan  



Xəbər lenti