"Türkiyədə seldən ölənlərin sayı 17-yə çatdı" - Ərdoğan

"Türkiyədə seldən ölənlərin sayı 17-yə çatdı" -    Ərdoğan
  12 Avqust 2021    Oxunub:2287
Türkiyənin Kastamonu, Sinop və Bartın vilayətində meydana gələn sel fəlakəti zamanı həlak olanların sayı 17-yə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Sel bölgəsində qalan vətəndaşlarımızı xilas, qismən, yaxud tamam qapanan yolları bərpa etmək və selin vurduğu zərəri ödəmək üçün aidiyyatı qurumlarla birgə gecə-gündüz çalışacağıq",- Ərdoğan yazdığı tvitdə bildirib.


Ölkədə baş verən təbii fəlakətlər səbəbindən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yaradılmasının 20-ci il dönümü münasibətilə avqustun 14-ü keçirilməsi nəzərdə tutulan tədbirlər təxirə salınıb.



Teqlər: Türkiyə  



Xəbər lenti