Səfir Qo Min: Çin COVİD-i siyasiləşdirən istənilən cəhdin əleyhinədir – EKSKLÜZİV MÜSAHİBƏ

      Səfir Qo Min:    Çin COVİD-i siyasiləşdirən istənilən cəhdin əleyhinədir –    EKSKLÜZİV MÜSAHİBƏ
  16 Avqust 2021    Oxunub:22175
Çinin Azərbaycandakı səfiri Qo Min Azvision.az -ın rus redaksiyasına koronavirusun mənşəyi ilə bağlı eksklüziv müsahibə verib.
- Son vaxtlar bəzi qərb KİV-ləri tez-tez Çinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19-un mənşəyi ilə bağlı araşdırmalarının ikinci mərhələsini nəzərdə tutan planını rədd etməsi mövzusunda spekulyasiyalar edirlər. Bunu necə şərh edərdiniz?
- İlk növbədə qeyd etmək istərdim ki, koronavirusun mənşəyinə dair araşdırmanın ikinci mərhələsiylə bağlı bu planı ÜST Katibliyi birtərəfli qaydada irəli sürüb və ÜST üzvləri olan dövlətlər onu yekdilliklə təsdiqləməyiblər. ÜST-ü üzv dövlətlər idarə edir. İkinci mərhələnin iş planı layihəsini dəyişiklik etmək hüququna malik üzv dövlətlər müzakirə etməlidir. Katibliyin vəzifələrinə təşkilatın üzv dövlətlərinə öz aralarında hərtərəfli məsləhətləşməyə və konsensusa nail olmaq üçün rahatlığı təmin etmək daxildir, ancaq o, müstəqil qərar qəbul etmək hüququna malik deyil.
Çin epidemiyanın lap başlanğıcından etibarən koronavirusun mənşəyinin öyrənilməsi probleminə elmi, peşəkar, ciddi və məsuliyyətli yanaşma nümayiş etdirdi. Koronavirusun mənşəyinin qlobal miqyasda araşdırılması mövzusunda ÜST ilə ilk əməkdaşlıq edən Çin oldu. Keçən ildən bəri ÜST mütəxəssisləri iki dəfə Çində koronavirus infeksiyasının mənşəyini öyrənmək üçün araşdırma aparmağa dəvət edilib. Bu ilin əvvəlində ABŞ, İngiltərə, Yaponiya və Avstraliya da daxil olmaqla 10 ölkədən gələn nüfuzlu beynəlxalq mütəxəssislər Çində 28 günlük birgə araşdırma aparmaq üçün peşəkar Çinli mütəxəssislərlə birgə ekspert qrupu yaratdılar. Bu müddət ərzində məlumatları təhlil edərək, yerində araşdırma apardılar, birgə səfərlər təşkil edərək, fikir mübadiləsi etdilər və daim elmi bir konsensus əldə etməyə çalışdılar.
Hər iki tərəfin birgə səyi ilə aparılan ortaq araşdırma müsbət sonuclar verdi və bir çox mühüm nəticələr ortaya çıxdı. Martın 30-da ÜST COVID-19-un öyrənilməsi üçün Çinlə birlikdə aparılan araşdırmalara dair hesabat açıqladı. ÜST proseduruna uyğun olaraq elmi şəkildə tərtib edilmiş bu hesabat öz etibarlılığı və elmi xarakteri ilə beynəlxalq ictimaiyyət arasında böyük nüfuz qazanaraq, COVID-19-un mənşəyinin qlobal tədqiqi üçün etibarlı zəmin yaratdı. Çin koronavirusun mənşəyinin araşdırılmasında aşkarlıq və şəffaflıq nümayiş etdirərək, beynəlxalq mütəxəssislərin tam rəğbətini qazandı.
Ancaq bir müddətdir ki, biz bir neçə dövlətin virusun mənşəyini siyasiləşdirdiyini, damğaladığını və ona müxtəlif adlar qoyduğunu müşahidə edirik. Onlar öz şəxsi maraqlarında çıxış edərək, elmə və həqiqətə məhəl qoymadan alimlərin əməkdaşlığının nəticələrinə açıq şəkildə göz yumurlar. Onlar faktları nəzərə almadan xüsusi xidmət orqanlarını açıq şəkildə araşdırma aparmağa çağırırlar, Çinə böhtan atmaqdan çəkinmirlər və əməkdaşlıq etmək istəmirlər. Bu cür hərəkətlər koronavirusun mənşəyini birgə araşdırmalar çərçivəsində təyin etmək üçün beynəlxalq əməkdaşlığa ciddi ziyan vurdu, eyni zamanda pandemiya ilə mübarizədə və insanların həyatını xilas etməkdə ölkələrə böyük çətinliklər və maneələr yaratdı, bu da beynəlxalq birliyin narazılığına və etirazlarına səbəb oldu.
Bir çox inkişaf etməkdə olan ölkələrin birgə məktubunda səslənən haqq səsi dünya ictimaiyyətinin obyektivliyini və dəstəyini tam əks etdirdi, eyni zamanda həqiqəti və düzgünlüyü müdafiə edən ölkələrin haqq-ədaləti bərpa etdiyini və onların əslində çoxluqda olduğunu göstərdi. Biz müvafiq dövlətləri israrla koronavirusun mənşəyini müəyyən etmək üçün aparılan araşdırmalarla əlaqədar siyasi manipulyasiyaları dayandırmağa, günahı kiminsə üzərinə atmaq üçün qeyri-elmi üsullardan istifadə etməməyə və bu araşdırmalara qəsdən mane olmağı dayandırmağa çağırırıq. Onlar həqiqətən məsuliyyətli elmi yanaşma ortaya qoymalı, pandemiya ilə mübarizə aparmaq üçün beynəlxalq birliklə işləməli və insan sağlamlığının, rifahının qorunmasına töhfə verməlidirlər.

- Bu ilin may ayında ÇXR-nın sədri Si Tczinpin Qlobal Sağlamlıq Zirvəsində Çinin COVİD-19 əleyhinə qlobal həmrəyliyə növbəti dəstəyi ilə bağlı beş tədbiri, o cümlədən COVİD-19 peyvəndləri üzərində əməkdaşlıq üçün beynəlxalq bir forum yaratmaq təşəbbüsü haqda bəyanat verdi. Bu günlərdə Çin forumun ilk iclasını uğurla keçirdi. Zəhmət olmasa deyin, bu görüşün nəticələri nələrdir? Çin peyvənd sahəsində beynəlxalq əməkdaşlığa yardım etmək üçün hansı addımlar atıb?
- Koronavirusun yayılmasından bəri Çin peyvənd sahəsində beynəlxalq əməkdaşlığa fəal yardımın zəruriliyini daim qeyd etmiş və vaksinlərin qlobal ictimai rifaha çevrilməsinin tərəfdarı kimi çıxış etmişdir. Çinin sözüylə əməli birdir. Peyvənd sahəsində beynəlxalq əməkdaşlıqda Çin "dörd məsələdə birinci" olub. Birincisi, Çin peyvəndlərin tədqiqi və hazırlanmasının sürətləndirməsində bütün ölkələrə kömək etmək üçün yeni növ koronavirusun tam gen ardıcıllığını bütün dünya ilə bölüşən birincilərdən oldu; ikincisi, Çin xaricdə inaktivləşdirilmiş koronavirus peyvəndi üçün klinik sınaqların üçüncü mərhələsinə başlayan ilk ölkələrdən oldu və bundan sonra birgə peyvənd hazırlığı və istehsalı üçün 20-dən çox ölkə ilə əməkdaşlıq edir; üçüncüsü, Çin ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə peyvənd tədarük edən ilk ölkələrdən biridir.
Çinin vaksin istehsal gücü geniş miqyaslı səviyyəyə çatmadığı və peyvəndə olan ehtiyacı kəskin dərəcədə artdığı halda o, 2020-ci ilin sentyabr ayından etibarən təcili ehtiyacı olan ölkələrə peyvənd tədarük etməyə başladı. 2020 -ci ilin sentyabr ayından etibarən Çin kəskin ehtiyacı olan 100 -dən çox ölkəyə peyvənd göndərdi.
Bu arada, Çin 60-dan çox ölkəyə ümumi miqdarı 770 milyon dozadan çox olan peyvənd ixrac etməklə dünyada birinci yeri tutur. Dördüncüsü, Çin həm də inkişaf etməkdə olan ölkələrlə vaksin istehsalında əməkdaşlıq edən ilk ölkədir. Birləşmiş Ərəb Əmirlikləri, Misir, İndoneziya və Braziliya regionda COVID-19 peyvəndi istehsal etmək gücünə malik olan ilk ölkələr oldu. Bundan əlavə, Çin həm də Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına və Beynəlxalq Olimpiya Komitəsinə fəal surətdə COVAX (COVID-19 vaksinlərinə qlobal çıxış) vaksinləri təqdim edir və antiviral peyvənd sahəsində “bir kəmər, bir yol” tərəfdaşlığının inkişaf etdirilməsini müdafiə edir.
COVID-19 əleyhinə peyvənd sahəsində Beynəlxalq Əməkdaşlıq forumunda ÇXR sədri Si Tszinpin tənətənəli surətdə erlan etdi ki, Çin bu il ərzində dünyaya 2 milyard doza peyvənd verməyə çalışacaq. Çin inkişaf etməkdə olan ölkələrə yardım etmək üçün COVAX vaksinini birgə satın almaq və paylaşdırmaq layihəsinə 100 milyon ABŞ dolları bağışlamağa qərar verib. Çin hamının sağlamlığı üçün hər zaman qlobal əməkdaşlığın tərəfdarı olmuş, bütün dünyaya, xüsusilə də, inkişaf etməkdə olan ölkələrə peyvəndlər tədarük etmiş və birgə istehsal həyata keçirməkdə fəal olmuşdur. Çin COVID-19 pandemiyası ilə mübarizə aparmaq və bəşəriyyətin pandemiya üzərində erkən qələbəsinə yeni töhfə vermək üçün inkişaf etməkdə olan ölkələrə əlindən gələni köməyi edəcək.

- Son vaxtlar Çində epidemik situasiyanın kəskinləşdiyi, bir çox yerlərdə virusun təzahürləri və lokal partlayışlar müşahidə olunur. Epidemiyanın yenidən başlamasının səbəbləri nələrdir və gələcək tendensiya ilə bağlı nə deyə bilərsiz? Çin hökuməti epidemiyanın yayılmasının qarşısını almaq üçün mövcud şəraitdə hansı effektiv tədbirlər görəcək?
- Çində baş verən bu pandemiya dalğası delta-ştammın yayılmasından qaynaqlanır. Bu, yay tətilinin ortasında baş verdi. Əvvəlcə nisbətən yüksək insan hərəkətliliyinə malik bir beynəlxalq hava limanında qeydə alındı, daha sonra insanların sıx olduğu turizm kurortlarına keçdi və daha sonra bir çox əyalət və şəhərlərə yayıldı. Hazırda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin strateji planına, həmçinin pandemiyanın qarşısının alınması üzrə ümumi profilaktik tələblərə uyğun olaraq və hər bir bölgədəki real şərait nəzərə alınaraq, ölkə daxilində fəal tədbirlər görülür.
Mövcud şəraitə nəzərən, epidemiya əsasən idarə olunur. Lakin pandemiyanın miqyası, çoxsaylı insan kütləsi və müxtəlif mənbələrdən gələn çoxlu xəstəlik hallarının səbəb olduğu yerli epidemiyaların yayılması pandemiyaya qarşı profilaktik tədbirlər aparılmasını mürəkkəbləşdirir və ona qarşı mübarizə aparılmasını çətinləşdirir. Eyni zamanda mütəxəssislər hesab edirlər ki, müxtəlif profilaktika və nəzarət tədbirləri hər yerdə ciddi şəkildə tətbiq olunarsa, pandemiya praktiki olaraq qısa müddətdə nəzarət altına alına bilər.
Pandemiyanın qarşısının alınması və nəzarət tədbirlərinə gəldikdə, biz “xəstəliyin xaricdən idxalının və koronavirusun içəridən yayılmasının qarşısını almaq”, eyni zamanda standart profilaktika və nəzarət tədbirləri gəyata keçirmək üçün profilaktika və nəzarət strategiyasına riayət edirik. Milli səviyyədə əsas məsələ nəzarətin gücləndirilməsi və gerçəkləşdirilməsidir. Dövlət Şurasının birgə profilaktika və nəzarət mexanizmi pandemiyanın qarşısını almaq və ona nəzarət etmək üçün 20 vilayət və şəhərə 20 rəhbər edən qrup göndərib.
Profilaktika və nəzarət planına dair ümumi tələblərin səkkizinci nəşrinə uyğun olaraq, bütün ölkə pandemiyanı erkən mərhələdə və kiçik miqyasda saxlamaq və onunla təsirli, nizamlı, effektiv mübarizə aparmaq üçün elmi metodlara ciddi, dəqiq, səmərəli, nizamlı və effektiv şəkildə riayət etməlidir. Virusun bir ölkə daxilində yayılmasının qarşısını almaq üçün "sürət" (beş aspektdə) xüsusilə vacibdir: təcili idarəetmə sistemini dərhal hərtərəfli aktivləşdirmək və risk zonasına nəzarət etmək; vəziyyəti aydınlaşdırmaq üçün əsas rayonlarda yaşayan bütün insanlara PCR testləri etdirmək; ictimai təhlükəsizliyi, sənaye və informasiya orqanlarının koordinasiyasını dərhal gücləndirmək, yoluxmuş insanlarla sıx təmasda olanları mümkün qədər tez aşkarlayıb, mərkəzləşdirilmiş və standart təcrid üsullarının köməyilə mümkün olduğu qədər bir-birindən ayırmaq; yüngül halların ağır hallara çevrilməsinin qarşısını almaq üçün “pasiyentləri, ekspertləri, resursları və müalicələri mərkəzləşdirmək" tələblərinə uyğun olaraq Çin və Qərb səhiyyəsini inteqrasiya etdirmək, xəstələri "bir nəfər, bir plan” strategiyasına uyğun olaraq müalicə etmək üçün səyləri əsirgəməmək; dərhal məlumat yaymaq, ictimai rəyi yönləndirmək, pandemiyanın yayılmasının qarşısını almaq üçün xalq kütlələrini maarifləndirmək və əhalini inandırmaq.

- Hazırda delta-şatamm qlobal pandemiyanın daha çox yayılmış növüdür, dünyanın 130-dan çox ölkə və regionunda yayılaraq daim mutasiya etməkdədir. İndi Azərbaycandakı vaksinlərin çoxu Çin istehsalıdır. Zəhmət olmasa deyin, Çin vaksinləri mutasiya etmiş viruslarla mübarizədə effektlidirmi?
- Yeni bir koronavirus peyvəndi insanlar üzərində ilk dəfə sınanır, odur ki, biz hələ məlumat toplama mərhələsindəyik. Klinik məlumatlar heç bir peyvəndin infeksiyanın qarşısını 100% ala bilmədiyini göstərir, lakin ümumilikdə götürəndə müxtəlif ştamm növləri hər halda mövcud peyvəndlərin nəzarət diapazonundadır.
Çin peyvəndinin bir çox ölkələrdə geniş miqyaslı qerçək qlobal tədqiqinə, eləcə də Çilidə 10 milyondan arıtq insan üzərində sınaqdan çıxarılmasına əsaslanaraq deyə bilərik ki, CoronaVac peyvəndinin koronavirusun bütün formalarına qarşı effektivliyi 65%-dən çoxdur və xəstəliyin ağır gedişatının, ölümlərin qarşısının alınmasında, reanimasiyada və intensiv terapiyada effektivliyi müvafiq olaraq 87,5%, 90,3%və 86,3%-ə çatır. Bu onu sübut edir ki, Çin peyvəndi xəstəxanaya yerləşdirilmələri, ağırlaşmaları və ölüm sayını ciddi şəkildə azalda bilər.
Mövcud tədqiqatlar göstərir ki, dünyanın müxtəlif texniki göstəricilərə malik peyvəndləri müxtəlik koronavirus ştammlarından qorunmada doğrudan da müəyyən mənada aşağı səviyyəli olublar, bununla belə, delta ştammı hələ də vaksinin qoruma sferasına daxildir. Xüsusilə də ona görə ki, onun neytrallaşdırıcı anticismləri, müdafiə əmsalı hələ də müəyyən dərəcədə mövcuddur. Çində mövcud pandemiya dalğasına və yerli praktikaya əsaslanaraq söyləyə bilərik ki, yeni növ koronavirus dalğasının qarşısını almaq üçün vaksinasiya ən effektiv üsul olaraq qalır.

Seymur Əhmədov
Azvision.az



Teqlər: Çin-səfiri   Koronavirus   Delta   Vaksin  



Xəbər lenti