Əşrəf Qani Əfqanıstanı tərk etdi

   Əşrəf Qani Əfqanıstanı tərk etdi
  15 Avqust 2021    Oxunub:1374
Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk edib. RİA Novostinin verdiyi məlumata görə, ölkə başçısı Kabildən Tacikistana gedib. Onun oradan üçüncü ölkəyə keçəcəyi bildirilir.
Milli təhlükəsizlik müşaviri Həmdullah Mohibinin də prezidentlə birlikdə paytaxtı tərk etdiyi bildirilir.

Qeyd edək ki, Əfqanıstanda vəziyyət son həftələrdə "Taliban"ın ölkənin böyük şəhərlərinə hücumu ilə gərginləşib. Bazar günü media və mənbələr Əfqanıstandakı bütün sərhəd keçidlərinə hərəkat tərəfindən nəzarət edildiyini bildirib.

Taliblər paytaxta sülh yolu ilə daxil olmaq üçün hökumətlə danışıqlar apardıqlarını və keçid prosesinin sonuna qədər Əfqanıstan hökumətinin Kabilin təhlükəsizliyindən məsul olacağını bəyan ediblər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Əfqanıstan  



Xəbər lenti