Azvision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Şamanların sayının ildən-ilə artdığını deyən Rusiyanın Ali Şamanı Kara-ool Dopçun-ool müxtəlif millətlərdən və dinlərdən olan insanların da Rusiyada şamanlara üz tutduqlarını bildirib.
"Şamanizmdə milliyyət və din fərqi yoxdur. Şaman təbiətin qüvvələrindən istifadə edərək bir insana kömək etməyə borcludur",- Kara-ool Dopçun-ool RİA Novosti-yə açıqlamasında deyib.