KTMT Tacikistana kömək edəcəyinə söz verib

KTMT Tacikistana kömək edəcəyinə söz verib
  16 Avqust 2021    Oxunub:1464

“Taliban”ın hakimiyyəti ələ keçirdiyi Əfqanıstandan təhlükə olarsa, Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (KTMT) Tacikistana zəruri köməkliliyi göstərəcək.
Azvision.az təşkilatın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu KTMT baş katibi Stanislav Zas bəyan edib.

“Tacikistan Respublikasında situasiyanın gərginləşəcəyi və ölkənin təhlükəsizliyinə təhlükə yaranacağı təqdirdə müttəfiqə kömək üçün nizamnamə sənədlərində nəzərdə tutulmuş bütün zəruri kollektiv tədbirlər görüləcək”, - Zas bildirib.

Sonra o dəqiqləşdirib ki, ilk növbədə “siyasi-diplomatik vasitələrdən” istifadə olunacaq.

Nadir Quliyev
Azvision.az



Teqlər: KTMT   Əfqanıstan   Tacikistan  



Xəbər lenti