İran Əfqanıstandan gələn qaçqınları qəbul edəcək

İran Əfqanıstandan gələn qaçqınları qəbul edəcək
  16 Avqust 2021    Oxunub:1386
“Taliban” silahlıları Əfqanıstana nəzarət etməyə başladıqdan sonra qaçqınların İrana üz tutacağı gözlənilən idi. Bu səbəbdən də onların yerləşdirilməsi üçün əvvəlcədən yerlər nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu İranın Sərhəd Xidmətinin nümayəndəsi Hüseyn Qasemi bildirib. Onun sözlərinə görə, əfqan qaçqınları Rezavi Xorasan, Cənubi Xorasan və Sistan-Bəlucistan vilayətlərində yerləşdiriləcək və onla üçün çadır şəhərcikləri də hazırlanıb.

H. Qasemi bildirib ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qaçqınların yerləşdirilməsi zamanı tibbi protokollara ciddi əməl olunacaq.

Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  



Xəbər lenti