Tbilisidəki “Olimpiya kəndi” xəstəxana oldu

Tbilisidəki “Olimpiya kəndi” xəstəxana oldu
  16 Avqust 2021    Oxunub:1524
Gürcüstan hökuməti xəstəxanalarda çarpayı problemini həll etmək üçün müxtəlif yollar axtarır.
Azvision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin təlimatı ilə Tbilisinin ən böyük idman obyektlərindən olan “Olimpiya kəndi”ndə 4 min çarpayılıq səhra xəstəxanası qurulub. “Olimpiya kəndi” çarpayı və digər lazımi avadanlıqla artıq təchiz olunub.

Hazırda Gürcüstanda “delta”, “Britaniya” ştamları ilə yanaşı, “delta plyus” variantlarına da yoluxma faktları qeydə alınır.

Azvision.az


Teqlər: Gürcüstan  



Xəbər lenti