Kabildən təxliyyə əməliyyatları bərpa edilib

Kabildən təxliyyə əməliyyatları bərpa edilib
  17 Avqust 2021    Oxunub:1436
Dünən Əfqanıstanın paytaxtı Kabildəki hava limanında yaşanan məlum insidentdən sonra təxliyyə uçuşları dayandırılıb. Bu gün səhər isə hərbçilər yenidən uçuşları bərpa ediblər. Azvision.az ​xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb.
"Diplomatları və mülki əhalini təxliyə edən hərbi təyyarələr çərşənbə axşamı səhərdən etibarən Kabul hava limanından uçuşlara başlayıb. Lakin maraqlıdır ki, "Flight Radar" saytı uçuş məlumatlarını təsdiq etmir. Kabul hava limanındakı bir mənbə "Reuters"ə bildirib ki, uçuş zolağı xaos yaradan insanlardan təmizlənib və hərbi təyyarələr havaya qalxmağa başlayıblar",-məqalədə yazılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Təxliyyə  



Xəbər lenti