Yaponiya AES-ində qəza olub

Yaponiya AES-ində qəza olub
  17 Avqust 2021    Oxunub:1253
Yaponiyada Atom Elektrik Stansiyasında(AES) qəza olması ilə bağlı məlumat yayılıb.
Azvision.az xəbər verir ki, yerli media Şizuoka prefekturasındakı "Hamaoka" AES-nin beşinci enerji blokunun yerləşdiyi binadakı reaktorda problem yarandığını yazıb. Reaktorun turbin salonundakı tüstülənmə səbəbindən həyəcan siqnalı çalınıb.

"Yerli vaxtla 05:15-də gözlənilmədən binanın bir neçə mərtəbəsində həyəcan siqnalı çalındı. Enerji blokunun fəaliyyəti tamamilə dayandırılıb. Hələlik tələfat barədə məlumat yoxdur",-saytlar yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yaponiya  



Xəbər lenti