Kadırov Əfqanıstandakı situasiyanı müsəlmanlar əleyhinə fırıldaq adlandırdı

      Kadırov    Əfqanıstandakı situasiyanı müsəlmanlar əleyhinə fırıldaq adlandırdı
  17 Avqust 2021    Oxunub:1043
Amerika qüvvələri hamını Əfqanıstanda atıb aradan çıxdılar. Azvision.az REGNUM agentliyinə istinadən xəbər verir ki, bu fikri Çeçenistan başçısı Ramzan Kadırov oğlu Adəm Kadırovun Instagram səhifəsinin birbaşa efinirində söyləyib.
“Amerika müsəlmanlar əleyhinə hansısa növbəti flırıldağa əl atıb. Deyirdilər ki, heç vaxt oradan çıxamayacaqlar, indisə hamını atıb qaçdılar. Təsəvvür edin, on illərdir orada insanlar həlak olur, hələ beş il əvvəl orada iki milyondan yuxarı dinc sakin ölmüşdü. İndi nə qədər tələf olub. Zavallı insanlara əziyyət verirlər”, - Kadırov deyib.

O, əfqan terroristləri kimi terrorçu Hüsamə bin Ladeni də “Amerika layihəsi” adlandırıb: “Odur ki, biz, bizə müttəfiq olan ölkələr sərhədlərimizi möhkəmləndirməli, daha pis ssenarilərə hazır olmalıyıq. Ancaq bizə əmr verilərsə, dövlətimizə, suverenliyimizə, xalqımıza təhlükə törədən hər kəsi dayandıracağıq. Bu biz problem deyil”.
Onun sözlərinə görə, “özbəklər, taciklər, qırğızlar, türkmənlər” öz ölkələrini əfqan islamçılarının müdaxiləsindən qorumağa hazır olmalıdırlar.

Nadir Quliyev
Azvision.az



Teqlər: Kadirov   Taliban   ABŞ  



Xəbər lenti