Putin Baydenlə görüşdə ABŞ-ı Orta Asiyadan çəkilməyə çağırıb

 Putin Baydenlə görüşdə    ABŞ-ı Orta Asiyadan    çəkilməyə çağırıb
  20 Avqust 2021    Oxunub:3369
Rusiya Prezidenti Vladimir Putin Cenevrədə ABŞ Prezidenti Joe Bayden ilə görüşündə Amerika əsgərlərinin Əfqanıstana qonşu ölkələrdə yerləşdirilməsinə qarşı çıxıb.
Azvision.az “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, müəllif Michael Gordonun fikrincə, bu mövqe Kremlin Mərkəzi Asiya ölkələrindəki mövqeyini qorumaq istəyi ilə diktə edilir. Rusiya ABŞ-ın bölgədə dronlardan istifadə etmə imkanlarını məhdudlaşdırıb.

Məqalədə deyilir: "Bu problem Əfqanıstan hökuməti və ordusunun süqutu ilə bağlı daha da ağırlaşıb".

Nəşrin yazdığına görə, indi amerikalılar Qətərdəki bazalarından və Fars körfəzində yerləşən gəmilərindən istifadə etməli olacaqlar ki, bu da əməliyyatların xərclərini xeyli artırır.

Əvvəllər ABŞ Özbəkistan və Qırğızıstandakı bazalardan istifadə edirdi, lakin 2005 - 2014-cü illərdə bu ölkələri tərk etdilər.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu ilin iyununda Cenevrədə Amerika lideri Co Baydenlə görüşüb. Sammitdə strateji sabitlik, kiber təhlükəsizlik, ticarət, Arktikadakı vəziyyət, Suriya və digər bölgələr müzakirə edilib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Putin   Bayden   OrtaAsiyas  



Xəbər lenti