Kabildən 18 mindən çox insan evakuasiya olunub - NATO

  Kabildən 18 mindən çox insan evakuasiya olunub -   NATO
  20 Avqust 2021    Oxunub:1784
Taliban yaraqlılarının Əfqanıstan paytaxtını ələ keçirməsindən sonra Kabildan 18 mindən çox insan təxliyə edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters"ə NATO nümayəndəsi məlumat verib.

Alyans sözçüsü, evakuasiya səylərini ikiqat artıracaqlarını vəd edib.

Adının açıqlanmasını istəməyən səlahiyyətlinin sözlərinə görə, taliblər uçuş sənədləri olmayanları evlərinə qayıtmağa çağırsalar da, ölkəni tərk etmək istəyən minlərlə insan hələ də Kabil hava limanındadır.

Tural Tağıyev
Azvision.az



Teqlər: NATO   Kabil  



Xəbər lenti