Navalnının həbsi siyasi deyil – Putin

   Navalnının həbsi siyasi deyil –    Putin
  21 Avqust 2021    Oxunub:1127
Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə birlikdə keçirdiyi mətbuat konfransında həbsdə olan və Qərbin siyasi məhbus elan etdiyi Aleksey Navalnı ilə bağlı situasiyanı şərh edib.
Azvision.az xəbər verir ki, Putin ona verilən suala cavabında bunları söyləyib: "Dediyiniz şübhəliyə gəldikdə, o, siyasi fəaliyyətinə görə deyil, xarici tərəfdaşlara qarşı cinayət törətdiyinə görə məhkum edilib".

Rusiya lideri əlavə edib ki, "heç kim qanunları pozaraq biznes layihələri həyata keçirmək üçün siyasi fəaliyyətin arxasında gizlənməməlidir".

Fevralın 2 -də Moskvanın Simonovski Rayon Məhkəməsi çoxsaylı qanun pozuntuları səbəbindən Navalnının “Yves Rocher” işi üzrə şərti cəzasının əsl cəza ilə əvəz edilməsi barədə qərar qəbul etdi.

Vəkil Olqa Mixaylovanın sözlərinə görə, Navalnı 2 il 8 ayı həbsxanada keçirəcək.

Nadir Quliyev
Azvision.az



Teqlər: Putin   Navalnı  





Xəbər lenti