İngilis kraliçası ailə üzvlərini məhkəməyə verir

   İngilis kraliçası ailə üzvlərini məhkəməyə verir
  23 Avqust 2021    Oxunub:3249
II Yelizaveta prins Harrini və Meqan Karlı məhkəməyə verəcək. Böyük Britaniya kraliçası köməkçilərinə məhkəmə araşdırması planlaşdırmağı əmr edib. Səbəb prins Harrinin və həyat yoldaşı Meqan Marklın kral ailəsi haqqında dedikləridir.
Azvision.az İngiltərənin “Sun” nəşrinə istinadən xəbər verir ki, prins Harri və Meqan Karlın söylədikləri iftira olarsa, məhkəmədə cavab verməli olacaqlar.

“Ən yuxarıda hesab edirlər ki, hər şeyin bir həddi var... Onlar vəkillər tuturlar. Ancaq Harri və Meqan açıqlama verdikdən sonra onlar anlayacaqlar ki, təkrar hücumlar yolverilməzdir”, - məlumatlı mənbə nəşrə bildirib.

Mənbə 95 yaşlı kraliçanın hadisədən “qəzəbləndiyini” qeyd edib. Kral ailəsinin hüquq üzrə mütəxəssisləri hazırda “iftira və şəxsi həyat məsələləri” ilə məşğul olan şirkətlərlə əlaqə saxlayırlar. Qəzetin bildirdiyinə görə, hüquqşünaslar əsas etibarilə prins Harrinin 2022-ci ildə çapdan çıxacaq memuarlarının məzmunun öyrənəcəklər.

“Əgər kitabda kiminsə adı burbaşa çəkilərsə və nədəsə ittiham olunarsa, bu iftira, yaxud şəxsi ailə həyatının toxunulmazlığının pozulması kimi qiymətləndirilə bilər”, - mənbə qeyd edib.



Mənbə onu da bildirib ki, kral ailəsinin hüquqşünasları kitabı nəşr edəcək "Penguin Random House" nəşriyyatı ilə də əlaqə saxlaya bilərlər. Bukinhem sarayı bu barədə nəşrə açıqlama verməkdən imtina edib.

Hazırda prins Harrinin və Meqanın kral ailəsinin digər üzvləri ilə münasibətləri olduqca gərgindir. Əvvəlcə Sassek hersoqu və hersoginyası gözlənilmədən kral ailəsinin yüksək ranqlı üzvləri olmaqdan imtina etdiklərini və sərbəst yaşamaq istədiklərini bəyan ediblər. Sonradan isə bir əvvəl köçdükləri Kaliforniyada "Opre Uinfri”yə qalmaqallı müsahibə verərək, ailə üzvlərini önlara qarşı biganəlikdə suçlayıb, adını çəkmədikləri birini isə rasizmdə ittiham ediblər.

Nadir Quliyev
Azvision.az



Teqlər: İngiltərə   Kralailəsi   Qalmaqal  



Xəbər lenti