Ermənistanda virusdan ölənlərin sayı 4762 nəfərə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4762 nəfərə çatıb
  23 Avqust 2021    Oxunub:987
Ermənistanda son sutka ərzində daha 251 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 237 885 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4762-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1147 nəfərdir.

Aktiv xəstələrin sayı 7483 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti