Roma Papası taxtdan imtina edəcək
RİA Novosti xəbər verir ki, Vatikanda getdikcə yeni konklavın mümkünlüyü barədə daha çox danışılır.
İyulun əvvəlində Papa Fransisk bağırsaq xəstəliyi ilə bağlı əməliyyatdan sonra Agostino Gemelli xəstəxanasından evə buraxılıb. Vatikan Mətbuat xidmətinin rəhbəri Matteo Bruni əməliyyatın yaxşı keçdiyini bildirib. Papanın əvvəllər Papa II İohan Pavelin yatdığı palataya yerləşdirildiyi qeyd edilir.
Əməliyyatı digər mütəxəssislərin köməyi ilə professor Sergio Alfieri edib . Papanın müalicə həkimi Roberto Bernabei də əməliyyatda iştirak edib. Papanın ondan əvvəlki terapevti xəstəxanada xərçəng xəstəliyindən müalicə alarkən COVID-19-dan ölmüşdü.
Nadir Quliyev
Azvision.az
Teqlər: Romapapası İstefa







Vaxtında, Aydın, Lazımlı!


