ABŞ Əfqanıstanı 36 saata tərk etməyəcək

ABŞ Əfqanıstanı 36 saata tərk etməyəcək
  26 Avqust 2021    Oxunub:918
Pentaqon, ABŞ rəsmilərinin ölkənin Kabildən təxliyə əməliyyatını 36 saat ərzində başa çatdıracağı ilə bağlı mediada yaydıqları məlumatları təkzib edib.
Azvision.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi deyib. Onun sözlərinə görə, Kabildən təxliyə əməliyyatları 36 saatdan sonra dayandırılmayacaq:

“Missiyanın sonuna qədər mümkün qədər çox adamı təxliyə etməyə planlaşdırırıq”.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: ABŞ   Əfqanıstan  





Xəbər lenti