Qazaxıstanda matəm elan olundu

   Qazaxıstanda matəm elan olundu
  28 Avqust 2021    Oxunub:1800
Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayışla əlaqədar olaraq matəm elan edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev Tvitterdə bildirib.

“Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq 29 avqustu ümumxalq hüzn günü elan edirəm. Həlak olan hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar", - Prezident qeyd edib.

Xatırladaq ki, hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub.

Azvision.az



Teqlər: Qazaxıstan   Matəm  



Xəbər lenti