Paris və London Kabildə təhlükəsiz zona yaradılması üçün BMT-yə müraciət edəcək

   Paris və London Kabildə təhlükəsiz zona yaradılması üçün BMT-yə müraciət edəcək
  29 Avqust 2021    Oxunub:943
Fransa və Böyük Britaniya bazar ertəsi BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Kabildə BMT-nin nəzarətində olan təhlükəsizlik zonasının yaradılması ilə bağlı qətnamə layihəsini təqdim edəcək.
Azvision.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "Le Journal du Dimanche" qəzetinə açıqlamasında deyib.

"Qətnamə layihəsi BMT-nin nəzarəti altında olan və Kabildəki humanitar əməliyyatların davam etməsinə imkan verən təhlükəsiz zonanı müəyyən edəcək. Bu, BMT -yə təcili addımlar atmaq üçün əsas verəcək və hər şeydən əvvəl hər kəsin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə və beynəlxalq birliyə "Taliban" a təzyiqini davam etdirməsinə imkan verəcək",-deyə Fransa Prezidenti bildirib.

Makronun sözlərinə görə, bu zona təxliyə uçuşları ilə ölkədən çıxa bilməyən əfqanların gizlənə bilməsi üçün də vacibdir . Prezident bildirib ki, Fransanın qorumaq istədiyi "bir neçə min" adam hələ də ölkədə qalır.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Fransa   BöyükBritaniya  



Xəbər lenti