ABŞ-ın nəzarəti dövründə Əfqanıstandakı xaşxaş sahələri yüz qat artıb - Şoyqu

   ABŞ-ın nəzarəti dövründə Əfqanıstandakı    xaşxaş sahələri    yüz qat artıb -  Şoyqu
  29 Avqust 2021    Oxunub:1631
RF Müdafiə naziri Sergey Şoygu ABŞ-ın nəzarəti dövründə Əfqanıstandakı xaşxaş sahələrinin təxminən 100 dəfə artdığını söyləyib.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, ABŞ ordusunun Əfqanıstanda qaldığı müddətdə bu ölkədəki xaşxaş əkinləri "demək olar ki, 100 dəfə artıb". Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

"ABŞ -ın orada oldığı müddətdə xaşxaş əkin sahələri təxminən 100 dəfə artıb. Narkotik maddələri dünyaa və Avropaya yaymağın logistikası haqqında danışmayacağam, çünki oradan kimin uçduğunu hamı bilir", - o, "Soloviev Live" YouTube kanalına verdiyi müsahibədə bildirib.

Şoyqu qeyd edib ki, Əfqanıstan bu gün dünya heroininin 93%-ni istehsal edir.

Generalın sözlərinə görə, ABŞ Əfqanıstanda iki məsələylə məşğul idi. Birincisi, öz təhlükəsizliyi və əfqanların ölkələrini işğal edən düşməni dəstəkləyən kollaborasionistlər hesab etdiyi ordunun yaradılması və yenidən silahlandırılması, ikincisi də, təbii resursların işlənməsi və mənimsənilməsi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Əfqanıstan   Narkotika  



Xəbər lenti