Kabil aeroportu raket atəşinə tutulub - KİV
İlkin məlumata görə, Amerika tərəfinin itkisi yoxdur, amma hər şey dəyişə bilər.
Ümumilikdə 5 raket atılıb, onların hamısının quru qüvvələrini raketlərdən, toplardan və minaatan mərmilərindən qorumaq üçün nəzərdə tutulmuş C-RAM müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı tam aydın deyil.
"Associated Press"in şahidləriə istinadən verdiyi xəbərə görə, raketlər hava limanına yaxın əraziyə düşüb. Partlayışların ardınca atəş səsləri eşidilib. Partlayışlardan sonra insanlar qaçmağa başlayıblar.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


