Ermənistanda banka silahlı basqın olub

   Ermənistanda banka silahlı basqın olub
  31 Avqust 2021    Oxunub:3447
Ermənistanda naməlum şəxs “İrəvan Mall” Ticarət Mərkəzində yerləşən banklardan birinə silahlı basqın edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerində polis əməkdaşları işləyir.

Erməni KİV-lərinin məlumatına görə, silahlı şəxs hədə-qorxu yolu ilə 100 milyon dram (200 min dollar) məbləğində pul əldə edib. Ticarət mərkəzinin təhlükəsizlik xidmətinin əməkdaşları kişini yaxalamağa nal olublar.

Ermənistan Polisinin rəis müavini Aram Ovannisyan da hadisə yerinə gedib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az





Teqlər: Ermənistam  



Xəbər lenti