Şoyqu: "Əfqanıstandakı vəziyyəti kritikdir"

Şoyqu: "Əfqanıstandakı vəziyyəti kritikdir"
  31 Avqust 2021    Oxunub:1508
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Əfqanıstandakı vəziyyəti kritik adlandırıb. O, rus pilotlara və həkimlərə minlərlə Rusiya və digər ölkələrin vətəndaşlarını Kabildən təxliyə etdiklərinə görə təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, bu barədə Şoyqu mətbuat konfransında söyləyib.

"Əfqanıstanda vəziyyət kritikdir. İnsanlar öz canları bahasına belə oradan qaçmağa çalışırlar", - Şoyqu deyib.

Nazir xatırladıb ki, Prezident Vladimir Putinin tapşırığı ilə 24-26 avqust tarixlərində ölknin hərbi nəqliyyat təyyarələri ağır şərtlər altında Əfqanıstandan Rusiya və KTMT ölkələri - Qırğızıstan, Tacikistan,Belarus, eləcə də Özbəkistan vətəndaşlarının təxliyəsini təşkil etdi.

Azvision.az



Teqlər: Rusiya   Əfqanıstan  



Xəbər lenti