"Səfirləri geri qaytarın" - "Taliban"dan xarici ölkələrə çağırış

   "Səfirləri geri qaytarın" -   "Taliban"dan xarici ölkələrə çağırış
  01 Sentyabr 2021    Oxunub:1912
"Taliban" hərəkatı hakimiyyət dəyişikliyindən sonra bu ölkədəki səfirliklərini bağlayan xarici dövlətləri onları yenidən Kabilə qaytarmağa çağırır. Bu barədə "Taliban" Siyasi Bürosunun üzvü Məhəmməd Naim RİA Novostiyə bildirib.
"Əlbəttə, çağırırıq. Kabildə təhlükəsizliyi təmin etdik. Qeyd etmək istərdim ki, dəyişikliklərin başlanğıcından etibarən heç bir səfirlikdə heç bir problem olmayıb. Bu, vədlərimizi yerinə yetirdiyimizi və müdafiə edə biləcəyimizi göstərir",-deyə Məhəmməd Naim bildirib. Onun sözlərinə görə, "Taliban" qonşu ölkələrlə, dünya ictimaiyyəti və bölgə ölkələri ilə dialoq aparmaq istəyir".

Daha əvvəl ABŞ və Yaponiya diplomatik missiyalarının Əfqanıstandan Qətərə köçürüldüyünü, Hollandiya da Əfqanıstandakı diplomatik missiyasını qəbul etmək üçün Qətərə müraciət etdiyini açıqladı. Almaniya isə bu mövzunu müzakirə edir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər:



Xəbər lenti