"İlk kommunist İsa Məsih olub" - Züganov

"İlk kommunist    İsa Məsih    olub" -     Züganov
  02 Sentyabr 2021    Oxunub:4708
Tarixdə ilk kommunist İsa Məsih olub. Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züganov URA.RU Telegram kanalından bəyan edib.
"İsanın Dağ moizəsini kommunizm qurucularının kodeksi ilə yanaşı qoysanız, eyni olduğunu görüb, heyrətdən ah çəkəcəksiniz, - kommunistlərin lideri deyib.

Züqanov onu da əlavə edib ki, kommunizmin "işləməyən dişləməz" əsas şüarı Həvari Pavelin Saloniklilərə yazdığı məktubda da olub.

"Bibliyanı oxuyub öyrənməliyik" , - Zuganov bəyan edib.

Qeyd edək ki, bu bəyanat Züqanovun seçkiqabağı gedişlərindən biri sayıla bilər.



Sentyabrın 19-da Rusiyada Dövlət Dumasına səkkizinci çağırış deputat seçkilərinin keçiriləcəyi tək səsvermə günü olacaq. 12 Federasiya subyekti rəhbəri və 39 regionun qanunverici orqanlarının deputatları da həmin gün seçiləcək.

Xatırladırıq ki, kommunizm ideologiyasının əsas tezislərindən biri elmi ateizmdir. Kommunist partiyasının 73 il hakimiyyətdə olduğu SSRİ-də dinlər və tanrı inkar edilib, ali məktəblərdə elmi ateizm əsas fənlərdən biri kimi tədris olunub. Hazırda kommunist və əmək partiyalarının hakimiyyətdə olduğu ÇXR-də və KXDR-də analoji durum hökm sürür.

Nadir Quliyev
Azvision.az



Teqlər: Züqanov   İsa-Məsih  



Xəbər lenti