Baş nazir supermarketə hücumu terror aktı adlandırıb
“Qəddar ekstremist terror aktı həyata keçirib. Bu, vəhşicəsinə bir hücum idi", - Baş nazir bildirib.
Onun sözlərinə görə, supermarketə hücum edən şəxs “İŞİD” terror təşkilatının tərəfdarıdır. Ardern təcavüzkarın qəddar ideologiyaya sadiq qaldığını söyləyib. Əlavə edib ki, terrorçu 2011-ci ildə Yeni Zelandiyaya gələn Şri Lanka vətəndaşıdır.
Ardern hadisəyə görə, müsəlman cəmiyyətini günahlandırmağın düzgün olmadığını vurğulayıb.
Xatırladaq ki, bu gün səhər Oklend şəhərində bıçaqlı kişi supermarketdə insanlara hücum edərək 6 nəfəri yaralayıb, onlardan 3-nün vəziyyəti ağırdır. Mühafizəçilər təcavüzkara atəş açıb, o, yerindəcə ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Yeni-Zelandiya Terror







Vaxtında, Aydın, Lazımlı!


