"Taliban" havaya atəş açanları cəzalandıracaq

   "Taliban" havaya atəş açanları cəzalandıracaq
  04 Sentyabr 2021    Oxunub:1304
"Taliban" hərəkatı şəhərlərdə havaya atəş açanların silahlılarının əllərindən alınacağını və məsuliyyətə cəlb ediləcəklərini açıqlayıb.
Azvision.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə hərəkatın "Twitter" hesabında məlumat yayılıb. Hərəkat rəhbərliyinin nümayəndələri silahlıları atəşi dayandırmağa çağırıb.

"Taliban" liderinin müavini Məhəmməd Yakub havaya atəş açanlara qarşı bir sıra tədbirlər görülməsi barədə əmr verib.
Belə ki, Kabildə və ya başqa şəhərlərdə havaya atəş açan hər kəsin silahı dərhal əllərindən alınacaq.

Azvision.az


Teqlər: Taliban   Silah  



Xəbər lenti