Antikovid tədbirləri turizmə təsir etməyəcək - Türkiyə səfiri

Antikovid tədbirləri turizmə təsir etməyəcək -   Türkiyə səfiri
  04 Sentyabr 2021    Oxunub:1079
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar RİA Novosti nəşrinə bildirib. O deyib ki, ölkədə antikovid tədbirlərin gücləndirilməsi turistlərə, o cümlədən Rusiyadan gələnlərə aid deyil.
Sentyabrın 6-dan etibarən Türkiyə peyvənd olunmamış və COVID-19 keçirməmiş vətəndaşların konsertlərə, kinoteatrlara və teatrlara girişi neqativ PCR testi təqdim etmələri məcburi olacaq. Peyvənd olunmayan və ya xəstəliyi keçirməyənlər şəxsi avtomobillər istisna olmaqla, təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat növləri ilə uzun məsafələrə səyahət etmək üçün mənfi PCR testi təqdim etməlidirlər.

"6 Sentyabr 2021-ci ildən qüvvəyə minəcək və Covid-19 pandemiyası ilə mübarizə üçün yeni tədbirlər, əlavə qaydalar turizm məqsədi ilə Türkiyə Respublikası ərazisinə qısa müddətə gələn əcnəbilərə şamil edilmir", - səfir bildirib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Türkiyə-səfiri   Turizm  



Xəbər lenti