Almaniyada hakim blokun reytinqi rekord həddə düşüb

Almaniyada hakim blokun reytinqi rekord həddə düşüb
  04 Sentyabr 2021    Oxunub:1622
Azvision.az xəbər verir ki, Alman ictimai telekanalı ARD-nin 2 sentyabrda nəşr etdiyi sorğunun nəticələrinə görə, hakim CDU/CSU blokunun Almaniyadakı populyarlığı ictimai rəy araşdırması tarixində ən aşağı səviyyəyə enib.
Bundestaqa seçkilər gələn bazar günü keçirilsəydi, SPD (sosial-demokratlar) birinci yeri qazanardı. Respondentlərin 25%-i onlara səs verməyə hazırdır.

Hakim CDU/CSU bloku cəmi 20% səs alardı . Bu, ARD telekanalının keçirdiyi sorğular tarixində Almaniya Xristian Demokratlarının ən aşağı reytinqidir.

Üçüncü yerdə Yaşıllar partiyası qərarlaşıb. Onlara r espondentlərin 16%-i səs verməyə hazırdır.

Bundeskansler vəzifəsinə namizədlərin şəxsi reytinqində birinci yeri böyük fərqlə Maliyyə Naziri və SPD-nin namizədi Olaf Şols tutur. Respondentlərin 43%-i onu Bundeskansler vəzifəsində görmək istəyir.

Xatırladaq ki, Almaniya hökumətinin pandemiya dövründə etdiyi səhvlər və bir sıra korrupsiya qalmaqalları hakim CDU/CSU blokunun reytinqinə ağır zərbə vurub. Almaniya hökumətinin ölkənin qərbindəki daşqınların qarşısını almaq və nəticələrini aradan qaldırmaq üçün yetərsiz və gecikmiş addımları hakim blokun populyarlığını daha da aşağı salıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Almaniya   Seşki  



Xəbər lenti