“Beyninizi zir-zibillə doldurursunuz” – “Telegram”ın qurucusu

   “Beyninizi zir-zibillə doldurursunuz” –    “Telegram”ın qurucusu
  05 Sentyabr 2021    Oxunub:3188
“İnsanın psixi vəziyyəti onun aldığı informasiyaların keyfiyyətindən asıldır”. Bu sözləri “Telegram” messencerinin qurucusu Pavel Durov deyib. Onun fikrincə, yaradıcı və məhsuldar olmaq üçün insan öncə beynini “zir-zibildən” təmizləməlidir.
- İndi çoxları şüurunu “TikTok”dakı videoroliklər və “Netflix”dəki seriallarla “qidalandırır”. Bu, tövsiyə alqoritmlərinin bizim beynimizə doldurduğu lazımsız kontentdir. Əgər düşüncə azadlığı istəyiriksə, əvvəlcə şüurumuz üzərindəki nəzarəti öz əlimizə almalıyıq,- Durov “Telegram” kanalında yazıb.

Yada salaq ki, daha öncə Pavel Durov qocalmaq ilə mübarizənin 7 əsas qaydasını bölüşmüşdü. Onun fikrincə, bunlar alkoqoldan imtina, kifayət qədər yatmaq, çox yeməmək, ətdən istifadə etməmək, fiziki aktivlik, stressdən uzaq olmaq və tək yaşamaqdır.

Samir Quliyev
Azvision.az



Teqlər: İnformasiya  





Xəbər lenti