Pəncşir də Talibanın pəncəsinə keçdi

 Pəncşir də Talibanın pəncəsinə keçdi
  06 Sentyabr 2021    Oxunub:971
Əfqanıstanın Pəncşir vilayəti də tamamilə Talibanın nəzarətinə keçib. Bu haqda hərəkatın sözçüsü Zəbiulla Mücahid “Twitter”də məlumat yayıb.
“Muzdlu düşmənlərin sonuncu qalası da tam şəkildə ələ keçirilib. Ölkədə təhlükəsizliyi təmin etmək üçün Pəncşir vilayəti İslam Əmirliyinin tam nəzarətinə alınıb”,- o yazıb. Mücahidin sözlərinə görə, qiyamçıların bir qismi döyüşdə uduzub, qalanları qaçıblar.


Taliban Pəncşir əhalisini təqiblərə məruz qoymayacağını vəd edib.

Sosial şəbəkələrdə Pəncşirdəki prezident sarayının taliblərin əlinə keçdiyini göstərən foto da yayılıb.


Bir gün əvvəl isə “şimal koalisiyası”nın rəhbərlərindən Əhməd Məsud ilə Əmrulla Salehin qaçdıqları haqqında məlumat verilmişdi.

Samir Quliyev
Azvision.az




Teqlər: Taliban   Pəncşir  



Xəbər lenti