Əmrulla Saleh Tacikistana qaçıb
Siyasətçinin hazırda harada olduğu məlum deyil.
Salehin Əfqanıstandan Tacikistana qaçması ilə bağlı ilk xəbərlər sentyabrın 4-də yayılmağa başlayıb. Onun Müqavimət Cəbhəsi liderlərinin müşayiəti ilə qonşu ölkəyə getdiyi deyilirdi. Ancaq sonradan Saleh bu məlumatı təkzib etdi və Pəncşirdə olduğunu bildirdi.
Xatırladaq ki, "Taliban"ın sözçüsü Zəbiulla Mücahid Pəncşir vilayətinin tamamilə hərəkatın nəzarətinə keçdiyini bəyan edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Pəncşir