Çin Qvineya prezidentinin sərəbəst buraxılmasını tələb edir

Çin Qvineya prezidentinin sərəbəst buraxılmasını tələb edir
  06 Sentyabr 2021    Oxunub:1149
Çin hakimiyyəti hərbi çevrilişlərin əleyhinədir və Qvineyadakı üsyançılardan bu ölkənin prezidenti Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edir.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.

“Çin hökumət çevrilişlərə və hakimiyyətin zorla ələ keçirməsinə qarşıdır. Prezident Kondenin dərhal sərbəst buraxılmasını tələb edirik. Bütün maraqlı tərəfləri soyuqqanlı davranmağa çağırırıq", - XİN rəsmisi deyib.

Onun sözlərinə görə, indiki vəziyyətdə Qvineyada bütün maraqlı tərəflər ilk növbədə xalqın maraqlarını nəzərə almalı, dinc siyasi dialoq yolu ilə bütün ziddiyyətləri aradan qaldırmalıdır.

Xatırladaq ki, polkovnik Mamadi Dumbuyanın başçılıq etdiyi Qvineyanın xüsusi təyinatlı qüvvələri sentyabrın 5-də prezident Kondeni həbs edib. Üsyançıların lideri Dumbuya hökumətin buraxıldığını elan edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Çin   Qvineya  





Xəbər lenti