Taliban Pəncşirə yeni qubernator təyin etdi
"Mövləvi Qüdrətullah Pəncşirin yeni qubernatorudur, hazırda o, təhlükəsizliyi təmin etmək üçün bölgədədir", - Vardak yayıb.
Onun sözlərinə görə, “Taliban” sakinlərin evlərinə təhlükəsiz qayıtmaları üçün əyalətdə hazırlıq işləri aparır. Həmçinin, təhlükəsizlik məqsədi ilə Pəncşirin müxtəlif yerlərinə 400-dən çox yaraqlı yerləşdirilib.
Xatırladaq ki, dünən "Taliban" Əfqanıstanın yeni hökumətinin tərkibini açıqladı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Pəncşir







Vaxtında, Aydın, Lazımlı!


