Kabil hava limanı xidmətə hazırdır
"Söhbət evakuasiyadan yox, sərbəst keçiddən gedir. Artıq evakuasiya həyata
keçirilmir. Düşünürəm ki, insanlar vəziyyətin normallaşdığını hiss etməlidir. Beləliklə, bu gün etibarlı sənədləri olan sərnişinlərin, yerli və əcnəbilərin sərbəst hərəkətini gördük. Onların arasında amerikalılar və Qərb ölkələrinin vətəndaşları var", - qətərli rəsmi deyib.
Əlavə edib ki, əvvəlcə Dohadan Kabilə beynəlxalq uçuşlar həyata keçiriləcək və tədricən Əfqanıstanın paytaxtındakı hava limanı beynəlxalq uçuşlar üçün açılacaq.
Ölkədə hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının nümayəndəsi Zabihulla Mücahid öz növbəsində, Kabil hava limanının fəaliyyətinin bərpasında və göstərilən yardımda Qətərin rolunu qeyd edib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Kabil Hava-Limanı







Vaxtında, Aydın, Lazımlı!


