Masallıda bir nəfər özünü quyuya ataraq intihar edib

Masallıda bir nəfər özünü quyuya ataraq intihar edib
  09 Sentyabr 2021    Oxunub:1471
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.
Bu barədə Azvision.az - a FHN-dən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN  



Xəbər lenti